...

Pakistanda helikopter qəzaya uğrayıb - Ölənlər var

Dünya xəbərləri Materials 15 Avqust 2025 19:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanda humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hayber-Paxtunxva əyalətinin rəhbəri Əli Amin Qandapur deyib.

Onun sözlərinə görə, "Mi-17" helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Bildirilir ki, qəza nəticəsində ekipajın bütün üzvləri - ikisi pilot olmaqla beş nəfər həlak olub.

Əyalət rəhbəri əlavə edib ki, bölgədə matəm elan olunub.

Xəbər lenti

Xəbər lenti