...

İran heç vaxt nüvə texnologiyasından qeyri-sülh məqsədlər üçün istifadə etmək niyyətində olmayıb

Dünya xəbərləri Materials 15 Avqust 2025 11:47 (UTC +04:00)
İran heç vaxt nüvə texnologiyasından qeyri-sülh məqsədlər üçün istifadə etmək niyyətində olmayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran heç vaxt texnologiya, xüsusilə nüvə texnologiyasından qeyri-sülh məqsədlər üçün istifadə etmək niyyətində olmayıb.

Trend-in məlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Aref bu gün Qırğızıstanda Rusiya baş naziri Mixail Mişutsinlə görüşdə deyib.

Onun sözlərinə görə, İran ABŞ ilə dolayısı şəkildə müzakirələr apardığı halda, hücumlara məruz qaldı və hərbi komandanları və nüvə alimlərini itirdi. Halbuki İran və ABŞ nüvə müzakirələrində etimad yaranmaqda idi.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti