...

Premyer Liqada yeni mövsüm başlayır

İdman Materials 15 Avqust 2025 10:44 (UTC +04:00)
Premyer Liqada yeni mövsüm başlayır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Premyer Liqada 2025/26 mövsümü start götürəcək.

Trend xəbər verir ki, bu mövsüm əvvəlki illərdən fərqli olaraq çempionatda daha çox - 12 komanda iştirak edəcək. Uzun fasilədən sonra "Karvan-Yevlax" və "İmişli" elitada yarışacaq.

12 komanda iştirak edəcəyindən yarış 3 dövrədən və 33 turdan ibarət olacaq.

1-ci turun ilk oyun günündə 1 matç keçiriləcək. 1-ci liqadan elitaya yüksələn 2 komanda üz-üzə gələcək. "Qəbələ" səfərdə "Karvan-Yevlax"la qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

15 avqust (cümə)

17:00. “Karvan-Vevlax” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı”
“Neftçi Arena”

17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti