Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1,3 milyard manatlıq məhsul istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 5,3 faiz artıb.
Kimya sənayesi məhsullarından polietilen istehsalı 9,2 faiz, etilen istehsalı 8,1 faiz, lak-boya məmulatlarının istehsalı 6,5 faiz, karbamid istehsalı 1,9 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuqlar, millər və profillər istehsalı 37,4 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 18,5 faiz artıb, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 0,2 faiz azalıb.