...

Çin əcnəbi elm və texnologiya mütəxəssisləri üçün yeni viza növü tətbiq edir

Dünya xəbərləri Materials 15 Avqust 2025 13:13 (UTC +04:00)
Çin əcnəbi elm və texnologiya mütəxəssisləri üçün yeni viza növü tətbiq edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının Dövlət Şurası elm və texnologiya sahəsində gənc əcnəbi mütəxəssislər üçün yeni viza kateqoriyasının tətbiqi barədə qərar qəbul edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, müvafiq qərarı Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan imzalayıb.

Sənədə əsasən, Çinin viza sisteminə gənc elmi-texniki mütəxəssislər üçün “K” viza kateqoriyası əlavə olunacaq. Yenilik “Xarici vətəndaşların ölkəyə giriş-çıxışının idarə edilməsi haqqında” Əsasnaməyə edilən dəyişikliklərin tərkib hissəsidir.

Qeyd edilir ki, qərar 2025-ci il oktyabrın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti