...

Füzulidə minik avtomobili ağaca çırpılıb - Ölən var

Hadisə Materials 16 Avqust 2025 01:38 (UTC +04:00)
Füzulidə minik avtomobili ağaca çırpılıb - Ölən var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonunda baş verən qəzada sürücü həyatını itirib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi günün ikinci yarısı rayonun Böyük Bəhmənli kəndi ərazisində baş verib.

Rayonun Fin qəsəbə sakini Nadir adlı şəxs idarə etdiyi "VAZ"2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti