Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 13,2 milyard kubmetr qaz ötürülüb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 206,1 milyon kubmetr və ya 1,5% azdır.
Ümumilikdə isə bu ilin yanvar-iyul ayları ərzində magistral qaz kəmərləri ilə 23,4 milyard kubmetr qaz nəql edilib.
Qazın nəqlinin 56,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.