...

Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olunublar

Hadisə Materials 15 Avqust 2025 20:41 (UTC +04:00)
Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olunublar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti