...

Tramp Putinlə Alyaskada danışıqlarının "çox yaxşı" olacağına əmindir

Dünya xəbərləri Materials 15 Avqust 2025 21:21 (UTC +04:00)
Tramp Putinlə Alyaskada danışıqlarının "çox yaxşı" olacağına əmindir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqlarının “çox yaxşı” keçəcəyinə əmindir.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Vaşinqtondan Ankoricə gedərkən təyyarəsinin göyərtəsində "Fox News"a müsahibəsində deyib.

"Prezident Putinlə görüşmək üçün Alyaskaya gedirik. Və düşünürəm ki, bu, çox yaxşı nəticə verəcək", - deyə D.Tramp bildirib.

Eyni zamanda, o, bir daha qeyd edib ki, indiki Rusiya-Amerika sammiti uğurlu olmasa, tezliklə Vaşinqtona qayıtmağa hazır olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti