Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında magistral neft kəmərləri ilə 21,5 milyon ton neft nəql edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ton və ya 5,3% azdır.
Nəqletmənin 75 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 16,2 milyon ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6 faizini və ya 13,5 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizini və ya 2,6 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.