...

Xarici maliyyə mənbələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 33% artıb

İqtisadiyyat Materials 15 Avqust 2025 16:29 (UTC +04:00)
Xarici maliyyə mənbələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 33% artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2,313 milyard manat məbləğində investisiya edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 33,1% artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1,665 milyard manatı neft-qaz sektoru, 648,2 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk yeddi ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 14,3%, qeyri-neft-qaz sektoru üzrə isə 2,3 dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9911,8 milyon manat və ya 2024-cü ilin müvafiq dövrüilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15 faiz artıb.

Ümumi sərmayənin 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinin, 3335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinin, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti