...

"ASCO istiqrazları" üzrə növbəti faiz ödənişləri həyata keçirilib

İqtisadiyyat Materials 15 Avqust 2025 10:10 (UTC +04:00)
"ASCO istiqrazları" üzrə növbəti faiz ödənişləri həyata keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

ASCO-nun dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbəti kupon ödənişləri olub.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində olan istiqrazlar sahiblərinə 1,5 milyon ABŞ dolları qazandırıb.

"Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb.

İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti