Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Avropa ölkələri ilə birlikdə Ukraynaya təhlükəsizlik zəmanəti təklif etməsi imkanının mövcud olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə o, Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşə gedərkən təyyarədə jurnalistlərə deyib.
Lakin o, bu zəmanətin NATO şəklində olmayacağını bildirib.
O, sülh sazişinin bir hissəsi kimi Putinə torpaq güzəştə gedib-getməyəcəklərinin ukraynalıların ixtiyarında olacağını deyib.
“Düşünürəm ki, onlar düzgün qərar verəcəklər. Mən burada Ukrayna üçün danışıqlar aparmaq, onları masa ətrafına yığmağa gəlmişəm”, - deyə Tramp əlavə edib.