...

TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA

Hadisə Materials 15 Avqust 2025 13:00 (UTC +04:00)
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

10.08.2025-ci il tarixində saat 03:50 radələrində 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) halın pisləşməsi səbəbilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müayinə zamanı körpəyə kəskin respirator xəstəlik diaqnozu təyin edilib.

"Körpəyə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müayinə üçün evə buraxılıb.

10.08.2025-ci il tarixdə körpənin yenidən halı pisləşib və həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, ölümün səbəbi pataloji-anatomik təşrihdən sonra dəqiq müəyyənləşəcək. Hazırda faktla əlaqədar aidiyyəti qurumlar, o cümlədən TƏBİB-in Pediatrik ölümlərin təhlili komissiyası tərəfindən araşdırma aparılır",- deyə əlavə edilib.

xxx

10:19

Beyləqanda azyaşlı uşaq qızdırmadan ölüb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.

Belə ki, valideyinləri temperaturu qalxan azyaşlı, 13.05.2025-ci il təvəllüdlü Səlimzadə Sultan Səlimxan oğlunu xəstəxanaya apararkən yolda ölüb. Azyaşlı xəstəxanaya ölü vəziyyətdə çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti