Bakı. Trend:
Avropaya səyahət edən turistlər 12 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd nəzarəti prosedurlarında əhəmiyyətli dəyişikliklərlə üzləşəcəklər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki,Avropa İttifaqı üzv olmayan ölkələrin vətəndaşları üçün pasportlardakı ənənəvi möhürləri rəqəmsal biometrik skanerlə əvəz edən yeni Giriş/Çıxış Sistemini (EES) istifadəyə verəcək.
Məlumata görə, əcnəbilər biometrik məlumatları təqdim etməkdən imtina edə bilməyəcək, əks halda, ölkəyə giriş qadağan ediləcək.
Sistem Kipr və İrlandiya istisna olmaqla Aİ-nin bütün üzv dövlətlərində, həmçinin İttifaqa daxil olmayan dörd Şengen ölkəsində - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət göstərəcək.
Qeyd edilir ki, sonuncu yenilik 2026-cı ilin sonunda baş verəcək. Sistem Aİ üzvü olmayan ölkələrdən olan səyahətçilərdən Şengen zonasına getməzdən əvvəl 20 avro rüsum ödəməyi və əvvəlcədən icazə almağı tələb edəcək.