Bakı. Trend:
Danimarkada qatarın relsdən çıxması nəticəsində sərnişinlər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.
Məlumata əsasən, Kopenhagendən Sonderborqa gedən sərnişin qatarı Tinqlev və Kliplev yaşayış məntəqələri arasında relsdən çıxıb.
Qatar qəzası nəticəsində çoxlu sayda insan xəsarət alıb, lakin hələlik dəqiq sayı məlum deyil. Bir nəfərin öldüyü bildirilib.