...

Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2025 16:24 (UTC +04:00)
Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın №1 pivə brendi Xırdalanın premium məhsulu olan “Xırdalan Premium Draft” Beynəlxalq Dad İnstitutu tərəfindən “Üstün Dad Mükafatı”na layiq görülüb.

Mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Dad İnstitutu International Taste Institute hazırda dünyanın müxtəlif yerlərində olan nüfuzlu kulinariya institutlarından 250-dən çox aşpaz və sommelier ilə əməkdaşlıq edir. “Üstün Dad Mükafatı” (“Superior Taste Award”) qida və içki sənayesində dünya miqyasında tanınan bir mükafatdır. Bu mükafat, kor dadım əsasında, qablaşdırma və brend məlumatı olmadan qiymətləndirilən məhsulların görünüş, ətir, dad, tekstura və dadın qalıcılığı kimi beş əsas meyar üzrə yüksək keyfiyyət nümayiş etdirməsinə görə verilir.

Yerli arpadan hazırlanan “Xırdalan Premium Draft” – pasterizə olunmuş, konservantsız pivədir. Özəl soyuq bişim texnologiyası ilə mayaotu qoxulu lager pivəsi yumşaq və təkrarolunmaz dada malikdir. Azərbaycanda pivə həvəskarları arasında da sevilən “Xırdalan Draft Premium”un mükafatlandırılması onu dünyaya tanıdan təmiz dadınının və keyfiyyətinin göstəricisidir.

Carlsberg Azerbaijan şirkətinin baş pivəbişirəni Pərviz Bağırov istehsal etdikləri pivənin beynəlxalq səviyyədə mükafatlandırılmasından qürur duyduqlarını diqqətə çatdırıb: “Ötən ilin əsas yeniliyi olan “Xırdalan Premium Draft” istehlakçılar arasında dərhal böyük marağa səbəb oldu. Qısa zaman ərzində böyük rəğbət qazandığı üçün məhsulu dünyanın ən nüfüzlü və tanınmış müsabiqələrindən olan Beynəlxalq Dad İnstitutuna göndərdik. Qürurverici haldır ki, ölkəmizdə yetişdirilən arpadan bişirilən “Xırdalan Premium Draft” Azərbaycan pivəsi beynəlxalq səviyyədə mükafata layiq görüldü”.

Qeyd edək ki, Xırdalan pivəsinin istehsalçısı Carlsberg Azerbaijan şirkəti 2021-ci ildən pivə istehsalında yerli arpadan istifadə edir.

Şirkət haqqında məlumat:

"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə 230-dan çox əməkdaş işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.

Xəbər lenti

Xəbər lenti