...

Alimlərdən təyyarə ölçüsündə asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq

Maraqlı Materials 15 Avqust 2025 13:31 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“2025 PM” asteroidi təhlükəli göy cismi kimi təsnif edilir, lakin Yerə yaxın olmasına baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, diametri 50 metr olan “2025 PM” asteroidi bu həftənin sonunda Yer kürəsinin yanından keçəcək. Asteroid avqustun 17-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədə olacaq.

NASA-nın “Jet Propulsion” laboratoriyası da göy cisminin yaxınlaşması barədə xəbərdarlıq edib.

Qeyd olunur ki, “2025 PM” ölçülərinə görə təyyarə ilə müqayisə oluna bilər və Yerə mümkün olan ən yaxın - 1 milyon kilometrdən çox məsafədə planetimizə yaxınlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti