...

Britaniyada hava limanında iki təyyarə toqquşub

Dünya xəbərləri Materials 15 Avqust 2025 19:35 (UTC +04:00)
Britaniyada hava limanında iki təyyarə toqquşub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys taksi hərəkəti zamanı bir-birinə toxunub.

Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti