Bakı. Trend:
Bu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 446,1 min manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox vəsait sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu vəsaitin 78,6 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 21,4 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 2,7 milyon ədəd balıq körpələrinin 2,4 milyon ədədi çəkikimilər, 308,1 min ədədi nərəkimilər, 17,0 min ədədi qızıl balıqlar olub.