...

Hindistan nüvə şantajına tabe olmayacaq - Modi

Dünya xəbərləri Materials 15 Avqust 2025 08:01 (UTC +04:00)
Hindistan nüvə şantajına tabe olmayacaq - Modi

Bakı. Trend:

Hindistanın Baş naziri Narendra Modi bəyan edib ki, nüvə şantajı artıq ölkənin təhlükəsizlik sahəsində qəbul etdiyi qərarlara təsir göstərməyəcək.

Trend xəbər verir ki, Modi bu fikirləri Hindistanın Müstəqillik Günü münasibətilə etdiyi çıxışda səsləndirib.

“Hindistan qərara gəlib ki, nüvə şantajına dözməyəcək. Bu, uzun müddətdir davam etsə də, biz artıq buna boyun əyməyəcəyik”, – deyə o bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, “terrorçular və onların havadarları əsla bağışlanmayacaq və onlara eyni münasibət göstəriləcək”, Hindistan isə “nüvə təzyiqinə tabe olmayacaq”.

Xəbər lenti

Xəbər lenti