Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 faiz və 5 faiz artıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 136,9 milyon ton yük daşınıb.
Yüklərin 3,9 faizi dəniz, 7,2 faizi dəmir yolu, 0,2 faizi hava, 60,6 faizi avtomobil nəqliyyatı, 28,1 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,4 faiz təşkil edib.
2025-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1187,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,6 faizi avtomobil nəqliyyatı, 10,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.