...

Naftalanda Sağlamlıq və Müalicə Mərkəzi cərimələnib

Gündəm Materials 15 Avqust 2025 09:50 (UTC +04:00)
Naftalanda Sağlamlıq və Müalicə Mərkəzi cərimələnib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Naftalanda Sağlamlıq və Müalicə Mərkəzi cərimələnib.

Trend xəbər verir ki, Sağlamlıq və Müalicə Mərkəzi barədə Səhiyyə Nazirliyi tərəfindən tərtib edilən protokol təsdiq edilib.

Belə ki, 24 iyul 2025-ci il tarixdə saat 16:00-da müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilib. Mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Mərkəzin direktoru izahat verərək bildirib ki, Səhiyyə Nazirliyinin əməkdaşlarının cəmiyyətə məxsus sanatoriyada keçirdikləri planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilib. O bildirib ki, buna səbəb Naftalan şəhərində olan kadr çatışmazlığıdır.

Mərkəzin qərarı ilə Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol təsdiq edilib. Protokola əsasən mərkəz İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti