Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,2 milyon ton neft ötürülüb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən təqribən 1 milyon ton və ya 5,9% azalma deməkdir.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6 faizini və ya 13,5 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizini və ya 2645,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Qeyd edək ki, ümumilikdə hesabat dövründə magistral neft kəmərləri ilə 21,5 milyon ton neft nəql edilib. Nəqletmənin 75 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.