Bakı. Trend:
"Olimp Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Trend xəbər verir ki, bu barədə MMC özü məlumat yayıb.
Belə ki, şirkət nizamnamə kapitalının 19 975 000 manat azaldılaraq 21 265 000 manat müəyyən edildiyi elan edib, debitor və kreditorlarını bu barədə xəbərdar edib.
"Cəmiyyətin kreditorlarının bir ay müddətində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır", - deyə məlumatda bildirilib.
Sözügedən şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Süleymanov Qəhrəman Fərman oğludur.