...

Yasamalda narkokuryerlik edən iki qardaş həbs edildi (VİDEO)

Hadisə Materials 15 Avqust 2025 11:07 (UTC +04:00)
Yasamalda narkokuryerlik edən iki qardaş həbs edildi (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

"Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir", - qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti