Bakı. Trend:
"Barselona" futbol klubu Jül Kunde ilə müqavilə müddətini uzadıb.
Trend-in məlumatına görə, Kataloniya klubu bu barədə rəsmi açıqlama yayıb.
Fransalı müdafiəçi ilə yeni anlaşma 2030-cu ilə qədər qüvvədə olacaq. 26 yaşlı oyunçunun əvvəlki müqaviləsinin müddəti isə 2027-ci ilin yayında başa çatmalı idi.
Xatırladaq ki, Kunde 2022-ci ildən “Barselona”nın heyətində çıxış edir və bu müddətdə 141 oyuna 7 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.