...

"Araz-Naxçıvan" Kiprdə məğlub olaraq avrokubokla vidalaşıb

İdman Materials 14 Avqust 2025 23:02 (UTC +04:00)
"Araz-Naxçıvan" Kiprdə məğlub olaraq avrokubokla vidalaşıb

Bakı. Trend:

"Araz-Naxçıvan" UEFA Avropa Konfrans Liqasında bu gün cavab oyununa çıxıb.

Trend xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "Omoniya"nın qonağı olub. İlk görüşdə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz cavab qarşılaşmasında da 0:5 hesablı məğlub olaraq turnirdə mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, "Omoniya" pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə üz-üzə gələcək.

UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu

21:00 "Omoniya" (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) 5:0 (İkinci hissə)
Qollar: Villi Semedo, 9, Stefan Yovetiç, 26, Evandro, 30, 45+4, M.Musailaovski,79
İlk oyun: 4:0

Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq

Xəbər lenti

Xəbər lenti