...

Azərbaycan gimnastları Dünya Oyunlarında 3 gümüş medal qazanıb (FOTO)

İdman Materials 15 Avqust 2025 16:36 (UTC +04:00)
Azərbaycan gimnastları Dünya Oyunlarında 3 gümüş medal qazanıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

7–17 avqust tarixlərində Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında tamblinq, akrobatika və aerobika gimnastikası üzrə təmsilçilərimiz uğurla çıxış ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Akrobatika gimnastikası üzrə kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər proqramında 28.730 xal toplayaraq gümüş medal qazanıblar.

Tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev yarışda tarixi nailiyyətə imza atıb. Gimnastımız tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala layiq görülüb.

Aerobika gimnastikası üzrə Dünya çempionları, qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov da 19.750 xalla gümüş medalın sahibi olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti