...

İsmayıllıda çətənə kolu yetişdirən şəxs həbs olunub

Gündəm Materials 15 Avqust 2025 13:20 (UTC +04:00)
İsmayıllıda çətənə kolu yetişdirən şəxs həbs olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti