Bakı. Trend:
Çexiyanın Pardubitse şəhərindəki "Synthesia" kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "ČTK" informasiya agentliyi xəbər verib.
Məlumata əsasən, partlayış saat 14:00-dan sonra müəssisənin əsaslı təmir işləri aparılan binalarından birində baş verib.
Kimya zavodunun rəhbərliyi bunun texniki qəza olduğunu bildirib. Dəymiş maddi ziyan cüzi olaraq qiymətləndirilir.