Bakı.Trend:
Avqustun 18-dən etibarən Bakı Dəmiryol Vağzalının avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar olaraq 18 avqustdan Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
“Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər”-məlumatda bildirilib.