Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri 50 514,1 milyon manat və ya hər nəfərə orta hesabla 4 935,6 manat olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur.
Əhalinin sərəncamında qalan gəlirləri 44264,5 milyon manat təşkil edib.