Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,1 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.
Neft məhsullarından ağ neft istehsalı 10,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3,9 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb, avtomobil benzini istehsalı 3,8 faiz, sürtkü yağları istehsalı isə 42,2 faiz azalıb.