Bakı.Trend:
Siyəzən rayon Beşdam Bələdiyyəsinin sədrinin ölkədən çıxışına qadağa qoyulub.
Trend xəbər verir ki, buna səbəb bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcları olub.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Beşdam Bələdiyyəsinə qarşı orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması"na dair ərizə ilə məhkəməyə müraciət edib.
Siyəzən rayon Məhkəməsinin qərarı ilə Siyəzən rayonu Beşdam Bələdiyyəsinin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün bələdiyyənin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.