Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 16,033 milyon ton əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 916,4 min ton, yaxud da 5,4% azalıb.
Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz azalıb.