...

Qarabağ və Şərqi Zəngəzurda sənaye məhsulu istehsalının dəyəri 45%-dən çox artıb

İqtisadiyyat Materials 15 Avqust 2025 13:53 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda sənaye məhsulu istehsalının dəyəri 45%-dən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 233,8 milyon manat həcmində sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında hesablama aparıb.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 72,8 milyon manat və yaxud 45,2% çoxdur.

Hesabat dövründə sənaye məhsulu istehsalının 192,3 milyon manatı Qarabağ iqtisadi rayonunun payına düşüb.

Belə ki, dövr ərzində sənaye sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi Ağcabədi rayonunda 48,5 milyon manat, Bərdə rayonunda 36,1 milyon manat, Ağdam rayonunda 32,8 milyon manat, Füzuli rayonunda 26,4 milyon manat, Tərtər rayonunda 20,7 milyon manat, Şuşa rayonunda 20,6 milyon manat, Xankəndi rayonunda 4,6 milyon manat, Xocavənd rayonunda 2,2 milyon manat, Xocalı rayonunda 392 min manat, Ağdərə rayonunda 40,4 min manat təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində Şərqi Zəngəzur iqtisadi rayonunda isə 41,5 milyon manat həcmində sənaye məhsulu istehsal edilib. Bu iqtisadi rayonda ən çox sənaye istehsalı 27,5 milyon manat həcmlə Laçın rayonunda olub. Kəlbəcər rayonunda sənaye məhsulu istehsalı 7,4 milyon manat, Zəngilan rayonunda 3,1 milyon manat, Qubadlı rayonunda 1,8 milyon manat, Cəbrayıl rayonunda 1,7 milyon manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti