Bakı. Trend:
“Lille” qapıçı Lyuke Şevalyenin əvəzinə yeni qolkiperlə anlaşıb.
Trend xəbər verir ki, Fransa klubu “Eyüpspor”dan Berk Özerin transferini rəsmən açıqlayıb. Tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıb.
"L’Equipe"nin məlumatına görə, transfer məbləği 4,5 milyon avro, əlavə olaraq 500 min avro bonus ola bilər. Bildirilir ki, Özer komandada PSJ-yə keçən Şevalyeni əvəzləyəcək.
Türkiyə çempionatının ötən mövsümündə qapıçı 34 oyunda iştirak edib və 44 qol buraxıb.