...

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib

Cəmiyyət Materials 15 Avqust 2025 18:10 (UTC +04:00)
Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Qubadlı və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Xəbər lenti

Xəbər lenti