Bakı.Trend:
Ağdamda 2 ton yabanı çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçirilib.
Bildirilib ki, tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən çəkisi 2 ton olan 1560 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.