...

“Qafqazinfo”nun 15 yaşı tamam olur

Cəmiyyət Materials 16 Avqust 2025 10:18 (UTC +04:00)
“Qafqazinfo”nun 15 yaşı tamam olur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının növbəti ildönümüdür.

Trend xəbər verir ki, 2010-cu il avqustun 16-da kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda rəsmi olaraq 30-dan çox əməkdaşı var.

Ölkədə və dünyada baş verən hadisələri işıqlandıran “Qafqazinfo”da Azərbaycan və rus dillərində hər gün 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.

“Qafqazinfo”nun sosial şəbəkələri Azərbaycan seqmentində ən çox baxış sayı toplayan platformalardan biridir.

“Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti