Bakı.Trend:
"Sumqayıt"ın 2025/2026 mövsümü üçün kapitanları müəyyənləşib.
Trend xəbər verir ki, yarımmüdafiəçi Səbuhi Abdullazadə "kimyaçılar"ın əsas kapitanı təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vitse-kapitanlar isə qapıçı Mehdi Cənnətov və yarımmüdafiəçi Roi Kehat olacaq.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın ilk turu çərçivəsində sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Kəpəz"i qəbul edəcək.