Bakı. Trend:
Atlantik okeanında əmələ gələn “Erin” qasırğası Saffir-Simpson şkalası üzrə 2-ci kateqoriyaya çatıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğaların İzlənilməsi Mərkəzi bildirib.
Məlumata əsasən, qasırğa 27 km/saat sürətlə şimal-qərbə doğru irəliləyir. Təbii fəlakətin daxilində küləyin maksimal sürəti 44,4 m/s-ə çatır.
"Erin" hazırda Britaniyanın ərazisi olan Anqilyadan 405 km cənub-şərqdədir. Qasırğa ilə bağlı hələlik tufan xəbərdarlığı verilməyib.