...

"Kəpəz" növbəti transferini açıqladı

İdman Materials 16 Avqust 2025 10:27 (UTC +04:00)
"Kəpəz" növbəti transferini açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" yeni oyunçu transfer edib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Donaldın son klubu Belarusun BATE klubu olub.

Qeyd edək ki, "Kəpəz" bunadək Adil Şükürov (baş məşqçi), Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), Olavale Onanuqa (son klubu "Bnei Yehuda", İsrail), Vitor Feijao (son klubu "Sentral Kost Mariners", Avstraliya), Cefferson Masiel Bentunu (son klubu “Portimonense”, Portuqaliya) kluba cəlb edib.

Xəbər lenti

Xəbər lenti