...

Azərbaycan XİN Pakistana başsağlığı verib

Siyasət Materials 16 Avqust 2025 11:53 (UTC +04:00)
Azərbaycan XİN Pakistana başsağlığı verib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlar səbəbindən başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pakistanın şimal-qərbində leysan yağış böyük dağıntılara səbəb olub. Baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti