...

Pezeşkian Ermənistana gedir

Dünya xəbərləri Materials 16 Avqust 2025 13:56 (UTC +04:00)
Pezeşkian Ermənistana gedir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian 18 avqustda Ermənistana və Belarusa səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi “X” platformasındakı hesabında paylaşım edib.

Onun sözlərinə görə, 2 günlük səfərin məqsədi ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və ticarət sahəsində sənədlərin imzalanmasıdır.

Sənayi İran prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının Çində keçiriləcək sammitinə dəvət edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti