...

Zelenski Vaşinqtonda Trampla görüşəcək

Dünya xəbərləri Materials 16 Avqust 2025 11:59 (UTC +04:00)
Zelenski Vaşinqtonda Trampla görüşəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.

Trend-in məlumatına görə, bu barədə Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bazar ertəsi Vaşinqtonda prezident Trampla görüşərək qətllərə və müharibəyə son qoyulması ilə bağlı bütün təfərrüatı müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram", - o deyib.

Zelenski prezident Trampla son telefon danışığından da söz açıb:

"Avropa liderlərini bizə qoşulmağa dəvət etməzdən əvvəl təkbətək danışıqlara başladıq. Bu zəng bir saat yarımdan çox çəkdi, o cümlədən, prezident Trampla ikitərəfli söhbətimiz təxminən bir saat davam etdi".

"Ukrayna sülhə nail olmaq üçün maksimum səylə işləməyə hazır olduğunu təsdiqləyir. Prezident Tramp Rusiya lideri ilə görüş və onların müzakirəsinin əsas məqamları barədə məlumat verib. ABŞ-nin təsirinin vəziyyətin inkişafına təsir etməsi vacibdir.

Biz prezident Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün keçirilməsi təklifini dəstəkləyirik. Ukrayna vurğulayır ki, əsas məsələləri liderlər səviyyəsində müzakirə etmək olar və üçtərəfli format buna uyğundur”, - Zelenski əlavə edib.

Xəbər lenti

Xəbər lenti