...

Lökbatandakı partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı (YENİLƏNİB) (FOTO)

Hadisə Materials 16 Avqust 2025 13:33 (UTC +04:00)
Lökbatandakı partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı (YENİLƏNİB) (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

16.08.2025-ci il tarixində saat 07:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən çağırış daxil olub.

TƏBİB-dən Trend-ə bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

1990-cı il təvəllüdlü şəxsə bədən səthinin 75 faizinin termiki alov yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub", - məlumatda deyilir.

xxx

09:32

Lökbatanda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti