Bakı.Trend:
Salyanda restoranda tanışına stəkan ataraq xəsarət yetirən şəxs inzibati qaydada həbs edilib.
Trend-in məlumatına görə, hadisəyə səbəb aralarında yaranmış mübahisə olub.
Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirib ki, əsəblərinə hakim ola bilmədiyi üçün stəkanı tanışına tərəf atıb. Nəticədə onun barmağı kəsilib. O, inzibati xəta ilə bağlı özünü təqsirli bilməyib.
Salyan rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib. Barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib.