...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 16 Avqust 2025 13:14 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,16 ABŞ dolları və ya 1,7% azalaraq 67,77 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 68,59 dollar/barel, minimum isə 66,72 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 67,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,19 ABŞ dolları və ya 1,8% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 67,08 dollar/barel, minimum isə 65,18 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,33 ABŞ dolları və ya 2,3% azalaraq 55,69 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 56,14 dollar/barel, minimum isə 54,86 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,33 dollar və ya 1,9% ucuzlaşaraq, 67,75 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,29 dollar/barel, minimum isə 66,91 dollar/barel təşkil edib.

Neftin növü / tarix

11.08.2025

12.08.2025

13.08.2025

14.08.2025

15.08.2025

Orta qiymət

Azeri LT CIF

$67,98

$67,45

$66,72

$68,10

$68,59

$67,77

Azeri Light FOB Ceyhan

$66,44

$65,89

$65,18

$66,57

$67,08

$66,23

Urals (EX NOVO)

$56,02

$55,59

$54,86

$56,14

$55,83

$55,69

Dated Brent

$68,07

$67,58

$66,91

$68,29

$67,91

$67,75

Məqalədə:
Xəbər lenti

Xəbər lenti